Xəzər Xəbər

Norveçin “Utrop” qəzetində Qarabağ həqiqətlərindən danışılıb

Cəmiyyət | 09:04 • 3 Dekabr 2020
Norveçin “Utrop” qəzetində  Qarabağ həqiqətlərindən danışılıb

Norveçin "Utrop” qəzetində Qarabağ haqqında geniş məzmunlu məqalə dərc olunub.


Xezerxeber.az  xəbər verir ki, Norveçdə fəaliyyət göstərən "CAN” Azərbaycan diaspor təşkilatının sədri Şervin Nəcəfpurun müəllifi olan məqalədə Qarabağda münaqişənin sona çatması və tarixi ədalətin bərpasından bəhs edilib.


Yazıda qeyd edilib  ki, Azərbaycan ərazi bütövlüyünün bərpa olunması ilə öz evlərini itirən yüzminlərlə insan üçün 30 illik həsrət bitmək ərəfəsindədir. Bildirilir ki, müharibənin sonunda imzalanan sülh müqaviləsi Qafqaz regionu üçün yeni bir dövr açır, lakin nifrət və qorxu hələ də mövcuddur. İşğal etdikləri torpaqları tərk edən ermənilər bu yerlərə hər cür ziyan vurmağa çalışırlar. Ən böyük zərər təbiətə vurulur - evlər, meşələr və ağaclar yandırılır, əraziyə təhlükəli növ minalar yerləşdirilir.


Şervin Nəcəfpurun bildirib ki ,"Bütün bunları nəzərə alaraq, baş verənlər haqda xəbərləri qorxu ilə izləyirəm, ürəyim böyük kədərlə və eyni zamanda, böyük sevinclə doludur, çünki tezliklə yurd-yuvasından didərgin düşmüş bir milyondan çox məcburi köçkün Qarabağdakı evlərinə dönəcəklər". Onun sözlərinə görə, vaxtı ilə bu ərazilərdən qovulmuş insanlar öz torpaqlarına geri döndükdə sonra təhlükəsiz şəraitdə yaşayacaqlar. Lakin ərazilərin minalardan təmizlənməsi üçün böyük səy və vaxt tələb olunduğu üçün, Norveç hökuməti də bu sahədə humanitar kömək göstərməlidir. Şervin Nəcəfpurun fikrincə, Norveç dünyanın aparıcı sülhsevər ölkələrindən biri hesab olunur və krallıq hər zaman sülhün bərqərar olmasına güclü bir töhfə verməsi ilə tanındığı üçün burada da müvafiq addımlar atılmalıdır.


Məqalədə, həmçinin Şervin Nəcəfpur Norveçdə bəzi yerli KİV-lərin qeyri-obyektivlik nümayiş etdirməsindən təəssüf hissi ifadə edib. Mətbuatda yer alan  əsassız xəbərlərin Norveçdə yaşayan azərbaycanlılar tərəfindən məyusluqla qarşılandığı vurğulanıb.


Nərmin Məcidli


Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
541 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti