Xəzər Xəbər

Bu regionda karantin qaydalarının pozulması ilə əlaqədar 698 nöqsan aşkar edilib

Cəmiyyət | 09:00 • 3 Dekabr 2020
Bu regionda karantin qaydalarının pozulması ilə əlaqədar 698 nöqsan aşkar edilib

Göyçay rayonunda koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi karantin rejimi qaydalarına vətəndaşlar tərəfindən riayət edilməsinə nəzarət məqsədilə reydlər davam edir.


Rayon icra hakimiyyətindən  bildirilib ki, rayon polis şöbəsinin əməkdaşları və təşkil olunan xüsusi mobil qruplar tərəfindən təkcə son bir həftə ərzində ictimai iaşə və ticarət obyektlərinə, bərbərxana və gözəllik salonlarına, habelə əhalinin sıx olduğu yerlərə, küçə və parklara 847 reyd keçirilib. Reydlər zamanı 698 nöqsan aşkar edilib. 21 nəfər barəsində protokol tərtib edilərək ümumilikdə 2500 manat cərimə olunub. Habelə, 1 ticarət mərkəzi və 3 müxtəlif təyinatlı mağazaya 800 manat cərimə yazılıb. Karantin qaydalarını pozaraq yas mərasimləri keçirən 24 nəfərə xəbərdarlıq olunub./azertac


Nərmin Məcidli


Xəbər lenti