Xəzər Xəbər

ÜST qoruyucu maskalarla bağlı tövsiyələrini yeniləyib

Cəmiyyət | 18:04 • 2 Dekabr 2020
ÜST qoruyucu maskalarla bağlı tövsiyələrini yeniləyib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qoruyucu maskaların taxılması barədə tövsiyələrini yeniləyib.


Xezerxeber.az xəbər verir ki, ÜST-nin Cenevrədə dərc olunmuş rəhbər tövsiyələrinə əsasən infeksiyanın yayılma ocaqlarının ola biləcəyi ictimai yerlərdə - həm örtülü məkanlarda (mağaza, iş yerləri, məktəblər və s.), həm də bir metrlik fiziki məsafə saxlamağın mümkün olmadığı digər yerlərdə qeyri-tibbi maskaların taxılması vacibdir. Havalanmanın məhdud olduğu yerlərdə distansiya imkanlarından asılı olmayaraq hər zaman maska taxılmalıdır.


Qaydalar 12 yaşdan yuxarı hər kəsə şamil edilir. 6-11 yaş arası uşaqlara qoruyucu maskanı vəziyyətdən asılı olaraq taxmaq məsləhət görülür. Beş yaşadək uşaqların isə ümumiyyətlə maskadan istifadə etməsi tövsiyə olunmur.


Qeyd edək ki, pandemiyanın statistikasını aparan "Worldometer" saytının son məlumatına əsasən, dünya üzrə indiyədək koronavirusa yoluxanların sayı 64 milyon 343 min 814 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 1 milyon 490 min 144 nəfərə çatıb. Eyni zamanda, 44 milyon 616 min 262 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 18 milyon 237 min 408 xəstədən 106 min nəfərin vəziyyəti ağır qiymətləndirilir.


Atif

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti