Xəzər Xəbər

Ombudsmanın nümayəndələri xəbərdarlıq etmədən cəzaçəkmə müəssisəsinə baş çəkiblər

Cəmiyyət | 17:55 • 2 Dekabr 2020
Ombudsmanın nümayəndələri xəbərdarlıq etmədən cəzaçəkmə müəssisəsinə baş çəkiblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Salyan rayonunda yerləşən 5 saylı Cəzaçəkmə Müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçirilib.


Ombudsman Aparatından  Xezerxeber.az-a bildirilib ki, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmə çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri müəssisənin cərimə təcridxanasına, sanitar-tibb hissəsinə, yeməkxanaya, mətbəxə, görüş və karantin otaqlarına, habelə digər obyektlərə baxış keçiriblər.


MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı müəssisənin sanitar-tibb hissəsinin təmir olunduğu, lakin cərimə təcridxanasında əsaslı təmirə ehtiyac olduğu müşahidə edilib.


Nərmin Məcidli

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti