Xəzər Xəbər

Həbsxanaya ayaqqabının içərisində narkotik keçirməyə çalışıblar

Cəmiyyət | 17:44 • 2 Dekabr 2020
Həbsxanaya ayaqqabının içərisində narkotik keçirməyə çalışıblar

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.


Penitensiar Xidmətdən Xezerxeber.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsinə əsasən təqsirli bilinərək 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Şərifov Əzizağa Əzizağa oğluna göndərilmiş banderola baxış keçirilən zaman orada olan ayaqqabının daban hissələrinin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 9,280 qram olan psixotrop maddə - metamfetamin, ümumi çəkisi 1,120 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 6,339 qram olan narkotik maddə - marixuana aşkar edilib.


Faktla bağlı araşdırma aparılır.


Nərmin Məcidli

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti