Xəzər Xəbər

COVID-19 pandemiyasının dayanmamasının səbəbi izah olunub

Cəmiyyət | 17:48 • 30 Noyabr 2020
COVID-19 pandemiyasının dayanmamasının səbəbi izah olunub

Türkiyəli alimlər simptomsuz xəstələrin orqanizmində SARS-CoV-2 viruslarının sayının simptomlu xəstələrə nisbətən daha çox olduğunu müəyyənləşdiriblər.


"Xezerxeber.az” "RİA Novosti”yə istinadən xəbər verir ki, bununla bağlı araşdırmanın nəticələri "Infection” jurnalında dərc olunub.


Müəlliflərin fikrincə, bu, yeni növ koronavirusu digər patogenlərdən əsaslı şəkildə fərqləndirir və bir çox ölkələrin səlahiyyətlilərinin pandemiyanın yayılmasının qarşısını almaq üçün göstərdikləri səylərin niyə nəticə vermədiyini izah edir; sadəcə, çox sayda insan virusa yoluxduqlarından şübhə etmədən aktiv şəkildə virusu yayırlar.


Qeyd edək ki, əvvəlki bütün tədqiqatlar simptomsuz daşıyıcıların hərarəti və ya öskürəyi olmasa da, virusu yaya biləcəyini göstərirdi. Ancaq türkiyəli alimlərin kəşfi tam gözlənilməzlik olub.


Müəlliflər xəstəliyin irəliləməsi ilə SARS-CoV-2 virus yükü arasındakı əlaqəni müəyyən etmək üçün pasiyentlərin yaş və xəstəliyin ağırlıq dərəcəsi üzrə altı fərqli tipi üzrə qiymətləndirmələr aparıb.


Tədqiqatçılar təsdiqlənmiş COVID-19 xəstəsindən burun, boğaz, ağız boşluğu və düz bağırsaq analizlərinin nümunələrini, həmçinin tüpürcək, qan və sidik testlərini toplayıblar. Bunlardan 25 %-də simptom olmayıb, 75 %-də isə olub. Alimlər ümumilikdə 360 nümunəni analiz ediblər. Tədqiqatçılar bütün simptomsuz xəstələrdə virus yükünün simptomlu xəstələrə nisbətən daha yüksək olduğunu aşkar ediblər. Bundan əlavə, bu göstərici xəstənin yaşı və xəstəliyin şiddətinin artması ilə aşağıya doğru meyl edir.


Müəlliflər hesab edirlər ki, simptomsuz xəstələrdə daha yüksək virus yükünün olması COVID-19-un yayılması ilə əlaqəli problemlər üzrə aysberqin görünən yalnız bir ucu ola bilər.


Nərmin Məcidli

Xəbər lenti