Xəzər Xəbər

Noyabrda koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı dörd dəfə artıb

Cəmiyyət | 14:42 • 30 Noyabr 2020
 Noyabrda koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı dörd dəfə artıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxanların və bu virusdan ölənlərin sayı sürətlə artır.

Xezerxeber.az xəbər verir ki, noyabr ayının əvvəlindən sonuna kimi Azərbaycanda koronavirusa yoluxanların sayı təxmini 4 dəfə artıb. Məsələn, əgər noyabrın 1-də Azərbaycanda 1175 yeni yoluxma faktı qeydə alınmışdısa, 29-da bu rəqəm 4170 olub.

Bu müddət ərzində koronavirusdan ölənlərin sayı da təqribən 4 dəfəyə yaxın artıb. Noyabrın 1-də ölkədə COVID -19-dan ölənlərin sayı 10, ötən gün isə 38 olub.

Mütəxəssislərin fikrincə, virusun yayılmasına səbəb Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara lazımınca əməl edilməməsidir.

Onlar hesab edirlər ki, əgər proses belə davam edərsə, karantin qaydaları daha da sərtləşdirilə bilər. Odur ki, vətəndaşlar bu məsələyə həssas yanaşmalı və müvafiq qaydalara əməl etməlidirlər.

Atif

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
382 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti