Xəzər Xəbər

Yol polisinin 9 ayda yazdığı cərimələrin məbləği AÇIQLANDI

Cəmiyyət | 19:50 • 24 Noyabr 2020
Yol polisinin 9 ayda yazdığı cərimələrin məbləği AÇIQLANDI

Daxili İşlər Nazirliyinin əməkdaşları bu ilin ilk 9 ayı ərzində sürücülərə 100 milyon manata yaxın cərimə yazıblar.


Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ilin yanvar-sentyabr aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2846,5 min olub.


Xətaların 34,4 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 20,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 8,7 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 8,3 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 7,3 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 4,1 faizi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, 3,2 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.


Qaydaların pozulmasına görə 93,2 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
519 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti