Xəzər Xəbər

Evdə müalicə olunan COVID-19 xəstələrinin sayı açıqlandı

Cəmiyyət | 11:28 • 24 Noyabr 2020
Evdə müalicə olunan COVID-19 xəstələrinin sayı açıqlandı

Bu gün evdə nəzarətdə olan COVID-19 xəstələrinin sayı 30787 nəfərdir.


Xezerxeber.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında deyib.


Onun sözlərinə görə, onların 2691 nəfərində virus yeni aşkarlanmış xəstələrdir.


N.Mürsəlova bildirib ki, COVID-lə bağlı xüsusi çağrı mərkəzi yaradılıb: "Bu mərkəzə daxil olan zənglər çeşidlənir və bundan sonra yaşayış yeri üzrə yönləndirilir”.

Xəbər lenti