Xəzər Xəbər

Naxçıvana quru yolun açılmasının əhəmiyyəti və üstünlükləri Açıqlama

Cəmiyyət | 17:32 • 23 Noyabr 2020
Naxçıvana quru yolun açılmasının əhəmiyyəti və üstünlükləri

Azərbaycanın Vətən Müharibəsində şanlı qələbəsindən sonra torpaqların işğaldan azad edilməsindən başqa, Naxçıvan da blokadadan azad olunub. Belə ki, 1990-cı illərdə münaqişə başlayandan sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında quru yolla rabitənin olmaması böyük çətinliklər yaradırdı.


İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu yolun təhlükəsizliyi isə Rusiya FTX-nin Sərhəd Xidməti tərəfindən təmin olunacaq. 


Laçının işğaldan azad edilməsindən Naxçıvanla quru yolun yaradılması böyük əhəmiyyət kəsb edəcək. Bu mövzuda millət vəkili Hikmət Babaoğlu da bildirib ki, bu, Türkiyə, Azərbaycan və bütövlükdə Şərq üçün çox önəmlidir: "Biz Naxçıvana şərqin qapısı deyirik. Çünki bu, Azərbaycanın qərbindən Türkiyə üzərindən şərqə açılan yoldur. Naxçıvan tarixən bu missiyanı yerinə yetirib.


Türkiyə birbaşa quru yol üzərindən Xəzər dənizi vasitəsilə Orta Asiya və Rusiyanın cənub sərhədlərinə qədər əraziyə yol əldə edəcək. Bu təkcə Türkiyə-Azərbaycan deyil, Rusiyanın mənafeyi, kommunikasiya baxımdan önəmlidir.


Rusiya 2011-ci ildən sonra Suriya kontekstində yenidən Yaxın Şərqə qayıdıb. Bu yol onun üçün çox vacibdir. Bu vaxta qədər Şimal-Cənub Şərq-Qərb dəhlizlərindən danışırdıq. Bu yolların heç biri Mehri-Gorus üzərindən keçəcək yol qədər yaxın və iqtisadi baxımdan sərfəli və səmərəli deyil. Bu yolun əhəmiyyəti Azərbaycan, Türkiyə və Rusiya üçün çox vacibdir; etibarlı əməkdaşlıq üçün yeni platforma yaradır, yük daşımalarının maya dəyərini aşağı salır, sərnişindaşıma və turizm potensialını artırır".


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva isə hesab edir ki, insanlarda Dağlıq Qarabağla bağlı yaranan mənfi düşüncə birbaşa sülhməramlılarla bağlıdır:


"Çünki digər münaqişələrlə müqayisə edirlər. Lakin bizdəki vəziyyət fərqlənəcək. Məhz Türkiyə və Rusiya kontekstindən götürürük. Əgər digər münaqişə bölgələrində ancaq Rusiya sülhməramlıları varsa, bizdə Türkiyənin də bu proseslərə qatılması yeni bir reallıq yaradır. Bu reallıq olduqca vacibdir. Əvvəla bu, iş birliyi üçün gözəl əsas olacaq. Hər iki dövlətin bu proseslərdə rolu həm bir yerdə əlaqələndiriləcək, həm də o təsir Azərbaycan və Ermənistana da sirayət edəcək.


Digər tərəfdən bu proseslər parçalanmış regionun birləşməsinə gətirib çıxaracaq. Ermənistan Naxçıvan vasitəsilə İrana çıxmaq istəyir. Dəhliz onlar üçün çox vacibdir. Bu, həmçinin Rusiya üçün də çox maraqlıdır. İndiki reallıqda Türkiyə regionda fəallaşmaqdadır. Burada yeni müstəvi yaranır. Dəhliz Azərbaycan, Ermənistan ərazisindən keçməklə Naxçıvana, oradan da Türkiyə istiqamətinə gedir. Bu da yeni reallıq gətirir və gələcək iqtisadi bazalara söykənir"./BAKU.WS

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti