Xəzər Xəbər

Bu hallarda maskanızı çıxarsanız cərimələnəcəksiniz?

Cəmiyyət | 16:52 • 23 Noyabr 2020
Bu hallarda maskanızı çıxarsanız cərimələnəcəksiniz?

"Bu məsələdə heç bir istisna ola bilməz. Küçədə bir kənara çəkilib görünməyən yerdə yemək və ya siqaret çəkmək imkanları varsa, bunu sınaqdan çıxarmaq lazımdır. Qayda hamıya şamil olunur. Əgər kimsə dərman atırsa və polis bunu görürsə, polis də bu vətənin övladıdır və insani münasibətləri anlayan adamdır, buna görə heç nə etməz".


Bu sözləri millət vəkili Fazil Mustafa bildirib. 


Onun sözlərinə görə, polis belə hallarda heç kimi saxlamaz: "Ümumi qaydalarda sıxlıq olan yerlərə girib maska taxmayan, avtobuslara girən şəxslərə qarşı cərimələr tətbiq olunacaq. Bundan insanlar narahat olmamalıdır. Bunu bəhanə edib maska taxmamağı bəhanə gətirməməlidirlər.


Mümkün qədər maskadan istifadə olunmalıdır ki, yoluxma halları olmasın. Belə epizodları polis özü başa düşür, kimsə dərman atırsa, ona deyilməyəcək ki, nə üçün maska taxmamısan.


İnsanlar bir kənarda maskasız yemək yeyə və ya siqaret çəkə bilər. Heç kim yeriyərək yemək yemir. Belə məsələrdə vətəndaşlar gərək polisin işini asanlaşdırsın. Polis əməkdaşları qarşısına məqsəd qoymayıb ki, kimisə cərimə etsin. Burada məqsəd çəkindirməkdir və yoluxmanın qarşısını almaqdır".


Deputat əlavə edib ki, küçədə insanların yanında siqaret çəkənlər, əlbəttə, cərimə olunmalıdır: "Çünki siqaret çəkən şəxs maskanın altında normal gedən insana birbaşa təsir göstərir. Siqaretin qoxusu çəkməyən şəxsi maskanın altında boğmağa başlayır. Siqaret çəkən şəxslər kənarda bunu edə bilərlər. Mütləq kiminsə yanında siqaret çəkmək lazım deyil. Belə olan halda vətəndaşların hüququ pozulur.


İnsanlar kiçik bir məhrumiyyəti qəbul etməlidirlər. Bu ona görədir ki, virus yayılmasın, problemlər çoxalmasın.


Hər hansı törədilən əməldə qəsd amili olmalıdır. Yəni inzibati xəta və ya digər hal varsa, burada qəsd olmalıdır. Yəni ki, "mən maska taxmıram və keyfim belə istəyir". Bu artıq başqa bir haldır.


Bir də var ki, maskam var, amma acam, yemək yeyirəm. Kənara çəkilirəm və heç kimə mane olmuram. Təklikdə siqaret çəkən şəxslərlə heç kimin işi olmayacaq"./BAKU.WS

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti