Xəzər Xəbər

Rusiya və Ukrayna vətəndaşları vətənlərinə qayıda biləcəklər

Cəmiyyət | 15:33 • 23 Noyabr 2020
Rusiya və Ukrayna vətəndaşları vətənlərinə qayıda biləcəklər

Rusiya və Ukrayna vətəndaşlarının vətənlərinə qayıtması üçün çarter uçuşlarına başlanması nəzərdə tutulur.


Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, reyslər noyabr ayının sonuna qədər davam edəcək.


Noyabrın 26-dan etibarən "Aeroflot” aviaşirkəti Bakı-Moskva marşrutu üzrə müntəzəm çarter reyslərini həyata keçirməyə başlayacaq. Uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək.


Bundan əlavə, "SkyUp Airlines” aviaşirkəti noyabrın 30-da Ukrayna vətəndaşlarını vətənə qaytarmaq üçün Bakı-Kiyev çarter reysini həyata keçirəcək.


Yalnız vətəndaşlığı və ya təyinat ölkəsinə giriş hüququ olan, eləcə də koronavirus (COVID-19) testindən keçərək mənfi nəticə alan sərnişinlər uçuşlara buraxılacaq.

Xəbər lenti