Xəzər Xəbər

Azərbaycanda virusa görə insanlar bu saatlarda küçəyə çıxacaq? Açıqlama

Cəmiyyət | 15:12 • 23 Noyabr 2020
Azərbaycanda virusa görə insanlar bu saatlarda küçəyə çıxacaq?

Xəbər verdiyimiz kimi, Türkiyədə yeni koronavirus tədbirləri daxilində ticarət mərkəzləri, market, bərbər, restoran və kafelər saat 20.00-da bağlanacaq, həftə sonu komendant saatı qüvvəyə minəcək.


Bütün əyalətlərdə 65 yaş və yuxarı yaşda olan insanlar, şənbə gününə qədər gün ərzində 10.00-13.00 saatlarda. 20 yaşından kiçik şəxslər isə gün ərzində 13.00-16.00-da çölə çıxa biləcəklər. Bu saatların xaricində göstərilən yaş qrupu vətəndaşların çölə çıxması məhdudlaşdırılacaq.


Azərbaycanda oxşar qaydaların tətbiq edilməsi diqqət mərkəzindədir. Yəni koronavirus tədbirləri çərçivəsində vətəndaşlar küçəyə saatla çıxa bilər?


Bununla bağlı həkim-uroloq Vasif İsmayıl danışıb:


"Türkiyənin aldığı qərar təmas müddətinin azaldılmasına xidmət edir. Həmçinin bizim tədbirlər də təmas müddətinin azaldılmasına xidmət edir. Tədbirlərin bənzərliyi ola bilər, amma Azərbaycan və Türkiyə koronavirus tədbirlərində fərqli taktikalar seçiblər.


Tədbirlər çərçivəsində bölgünün aparılması şərt deyil. Əsas olan insanların bir- biri ilə təması, kontaktının qarşısını almaq, azaltmaqdır.


Azərbaycanda da belə bir bölgü aparıla bilər. Bu şərt deyil. Yəni, bu elə bir qayda deyil ki, bunu edəndə biz bunun qarşısını ala bilək"./Sonxeber.az

Xəbər lenti