Xəzər Xəbər

COVİD-19 xəstələrinə bu preparatlar olmaz Qaraciyəri və böyrəyi...

Cəmiyyət | 14:46 • 23 Noyabr 2020
COVİD-19 xəstələrinə bu preparatlar olmaz

COVİD19 virus infeksiyasıdır. Virusa təsir edən effektiv antivirus preparatı hələ ki yoxdur.


Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov açıqlamasında deyib.


Şöbə müdiri bildirib ki, antibiotiklərdən istifadə zamanı mütləq həkimlə məsləhət edilməlidir:


"Antibiotiklər bakteriyalara qarşı təsirə malikdir, virusa qarşı effekti yoxdur. İndiyədək bütün tədqiqatlar göstərib ki, COVİD19 pasientlərində ikincili bakterial infeksiyalar cəmi 7-13% hallarda rast gəlinir. Böyük əksəriyyəti də reanimasiyada olan pasientlərdə, az bir qismi isə immun çatışmazlığı olanlarda qeyd edilir.


Antibiotiklərin lazımsız yerə istifadəsində ciddi fəsadlar yaranır:


- qaraciyər və böyrəyi zədələyir


- hərarətin qalxmasına səbəb olur


- sağlam, qoruyucu mikrofloranı məhv edir


- xəstəxanaya yerləşdiriləndə daha ağır antibiotiklərin tətbiqinə səbəb olur ki, bunlar da orqanları daha da zədələyir


- orta və uzunmüddətli dönəmdə antibiotiklərə davamiyyət yaradır. Bu o deməkdir ki, yaranan və əhali arasında yayılan mikroblara artıq həmin antibiotiklər təsir göstərmir.


COVİD19 hallarında - yüngül və orta ağır xəstələrdə - antibiotiklər istifadə etməsinlər, həkimlə məsləhətləşsinlər".


Milli.Az

Xəbər lenti