Xəzər Xəbər

Bütün gün maska taxmaq üzdə səpkiyə səbəb olur?

Cəmiyyət | 14:30 • 23 Noyabr 2020
Bütün gün maska taxmaq üzdə səpkiyə səbəb olur?

Gün ərzində maskadan istifadə etmək xüsusilə xanımlarda narazılıq yaradıb. Belə ki, qadınlar arasında 8-10 saat ərzində davamlı maska istifadəsinin üzdə müxtəlif problemlər yaratması ilə bağlı fikirlər yer alır.

 

Maraqlıdır, uzun müddət maska istifadə etmək üzdə problem yarada bilir? Əgər problem yaranacaqsa çıxış yolu nədir?


Məsələ ilə bağlı danışan dermatoloq Aysel Ələkbərova gündəlik olaraq maskadan istifadənin üzdə səpkilərin yaranmasına səbəb olduğunu bildirib:


"Mütəmadi maskadan istifadə xanımlarda və bəylərdə üzdə səpkilərin yaranması ilə nəticələnə bilər. Əvvəlcədən üzündə səpki olan şəxslərdə isə səpkilər çoxala bilir. Buna görə də çalışmaq lazımdır ki, maska tez-tez dəyişilsin. 


Üzündə bu səbəbdən səpki yaranan şəxslər quruducu vasitələrdən istifadə edə bilərlər. Əgər vəziyyət kəskinləşərsə, bu halda mütəxəssisə müraciət etmək lazımdır. Səpkilərin yaranmaması üçün əvvəlcədən atıla biləcək hansısa addım yoxdur. Sadəcə dediyim kimi, maskanı tez-tez dəyişməkdə fayda var".


Sfera.az

Xəbər lenti