Xəzər Xəbər

Bakıda bəzi ərazilərdə tıxac yaranıb: Avtobuslar gecikir - SİYAHI

Cəmiyyət | 18:42 • 12 Noyabr 2020
Bakıda bəzi ərazilərdə tıxac yaranıb:

Hazırda bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.


Bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.


O qeyd edib ki, Bakı-Sumqayıt şossesi - 20 Yanvar dairəsi, Koroğlu Rəhimov küçəsi - hər iki istiqamət, Zərifə Əliyeva küçəsi, Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqaməti, Üzeyir Hacıbəyov küçəsi, Heydər Əliyev prospekti əsas yol "Koroğlu” m/st-sı istiqaməti, Məhəmməd Hadi küçəsi "Əhmədli” m/st-sı istiqaməti, Ziya Bünyadov prospekti hər iki istiqamət, Abdulvahab Salamzadə küçəsi hər iki istiqamət, Rəşid Behbudov küçəsi, Tbilisi prospekti hər iki istiqamət, Binəqədi şossesi - Binəqədi istiqamətində Azneft dairəsində tıxac var.


Bildirilib ki, sıxlıq müxtəlif istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalına da mənfi təsir etməkdədir.

Xəbər lenti