Xəzər Xəbər

Şagirdlərin payız tətili olacaq? - RƏSMİ CAVAB

Cəmiyyət | 11:38 • 12 Noyabr 2020
Şagirdlərin payız tətili olacaq? -

Təhsil Nazirliyi 16-20 noyabr tarixlərində payız tətilinin olub-olmayacağına aydınlıq gətirib.


Nazirlikdən APA-nın sorğusuna verilən cavaba görə, payız tətili olmayacaq, distant dərslər davam edəcək: "Digər tətillərin tarixləri ilə bağlı müvafiq qərar öncədən ictimaiyyətə açıqlanacaq”.


Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayev son mətbuat konfransında buraxılmış dərslərin tətil günləri hesabına kompensasiya ediləcəyini demişdi.


Ümumi təhsil müəssisələrinin dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.


Tədris iki yarımilə bölünür. Birinci yarımil: 15 sentyabr-26 yanvar; ikinci yarımil: 1 fevral-14 iyun.


Tədris ili ərzində müəyyən edilən tətillər isə belədir: payız tətili – 16-20 noyabr (5 gün); qış tətili – 27-31 yanvar (5 gün); məktəbəhazırlıq qrupları və ibtidai siniflər üçün əlavə tətil – 1-5 may (5 gün).

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti