Xəzər Xəbər

Gözəllik salonları, kafe və restoranlar yenidən qapadıla bilər AÇIQLAMA

Cəmiyyət | 19:45 • 11 Noyabr 2020
Gözəllik salonları, kafe və restoranlar yenidən qapadıla bilər

Bütün dünyada olduğu kimi Azərbaycanda da son günlər koronavirusa yoluxanların və ölənlərin sayında kəskin artım müşahidə olunur. Belə ki, noyabrın 11-də 1202 yeni yoluxma faktı qeydə alınıb, 998 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 18 nəfər isə vəfat edib. Bu günə kimi hələ də koronavirusun effektiv peyvəndi tapılmayıb. Bu gün hər kəsi maraqlandıran koronavirus pandemiyasının nə zaman bitəcəyidir.


Bununla bağlı danışan uzman həkim Vasif İsmayıl bildirib ki, yoluxma sayını aşağı salmaq üçün əhalinin təmas nisbətini və hərəkət qabiliyyətini azaltmaq lazımdır: "Dövlət öz gücünü bilir. Gücünə görə də addım atacaq. Hesab edirəm ki, bu məsələnin həlli sərt karantin rejiminin tətbiqidir. Rayonlarda tətbiq edilən sərt karantin rejimi Bakıda da tətbiq etmək olar. Lazım olsa, insanların bir-biri ilə təmasını minumuma endirmək üçün gözəllik salonları, kafe və restoranlar yenidən qapadıla bilər.


Koronavirusun bitməsi peyvənddən asılıdır. Əgər effektiv peyvənd tapılarsa, 2021-ci ilin ortasına kimi koronavirus kabusu bitə bilər. Əgər peyvənd tapılmasa bu kabus daha 2-3 il davam edə bilər. İnsanlarımızın məsuliyyətli olması, qoyulan qaydalara əməl etməsi vacibdir. Əks təqdirdə yoluxmalar daha da arta bilər”./konkret.az

Xəbər lenti

Çox oxunanlar