Xəzər Xəbər

İşğaldan azad olunmuş torpaqlarımızdan vandalizm izlərini silirik: Şərq çinarları əkildi

Cəmiyyət | 18:03 • 11 Noyabr 2020
İşğaldan azad olunmuş torpaqlarımızdan vandalizm izlərini silirik:

Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndində Şərq çinarları əkilib.


Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.


Onun sözlıərinə görə, Türkiyə Cümhuriyyəti Tarım və Orman Bakanlığının təşəbbüsü ilə "Gələcəyə nəfəs ol!” şüarı altında keçirilən kütləvi ağacəkmə aksiyası çərçivəsində ETSN-nin təşkilatçılığı ilə Azərbaycanın bütün bölgələrində olduğu kimi, Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndinin ərazisində də ağac əkilib. 


O qeyd edib ki, ETSN-nin əməkdaşları tərəfindən ərazidə, əsasən, Şərq çinarları əkilib və palıd toxumları səpilib. 

Xəbər lenti