Xəzər Xəbər

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzində işçi sayı məhdudlaşdırılıb

Cəmiyyət | 11:54 • 11 Noyabr 2020
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzində işçi sayı məhdudlaşdırılıb

Ölkəmizdə mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzində ("Qaynar xətt” xidməti, telefon: 146-1, 146-2, 146-3, 146-4) işçi sayı məhdudlaşdırılıb.

Təhsil Nazirliyindən xezerxeber.az-a bildirilib ki, vətəndaşlar nazirliyin rəsmi office@edu.gov.az elektron poçt ünvanına da müraciət edə və elektron resurslarında (www.edu.gov.az;www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilər.

"Qaynar xətt”lə əlaqə yaradarkən isə işçi sayının az olduğunu nəzərə almaları xahiş olunur.

Xəbər lenti