Xəzər Xəbər

Buraxılmış dərslər necə kompensasiya ediləcək?

Cəmiyyət | 14:22 • 31 Oktyabr 2020
Buraxılmış dərslər necə kompensasiya ediləcək?

Ölkədə korornavirusa yoluxma hallarının artması və hərbi vəziyyəti nəzərə alsaq yaxın aylarda dərslərin ənənəvi formada yenidən başlayacağını gözləməyə dəyməz.


Bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.


Onun sözlərinə görə hazırda təhsil sistemi buraxılmış və keçirilməmiş dərslərin kompensasiyası, həmçinin 2021-ci ilə planlaşdırılan qəbul və buraxılış imtahanlarının aparılması problemi ilə üzləşib:


"2020-ci il buraxılış və qəbul imtahanları testlərində martın 3-dək şagirdlərə öyrədilən mövzulardan istifadə olunduğunu nəzərə alsaq, 2021-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarda ciddi problemlər ola bilər. Buna görə bu gün ən vacib məqam buraxılmış dərslərin kompensasiya edilməsidir”.


Onun sözlərinə görə, yaxınlaşan tətillər, məsələn Yeni il və ya Novruz bayramları ilə əlaqədar buraxılmış dərsləri kompensasiya etmək olar, ancaq bu da kifayət etməyəcək.


"Buna görə yüksək keyfiyyətli distant təhsil təşkil etmək lazımdır. İndi "Microsoft”, "Zoom”, "Skype” kimi proqramlar sayəsində bu mümkündür”.


Kamran Əsədov bununla belə vurğuladı ki, fövqəladə və ya hərbi vəziyyət kimi hallarda təhsil prosesinin davamlılığını təmin etmək üçün Təhsil Nazirliyi əvvəlcədən fəaliyyət platforması hazırlamalı idi. (Media.Az)

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti