Xəzər Xəbər

ÜST: Tibb işçilərini Dağlıq Qarabağda zorakılıqdan qorumaq vacibdir

Cəmiyyət | 15:48 • 28 Oktyabr 2020
ÜST:

Tibb işçilərinin COVID-19 pandemiyası ilə bağlı cavab tədbirləri görə bilməsi üçün onları Dağlıq Qarabağda zorakılıqdan qorumaq vacibdir.


Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mətbuat katibi deyib.


Onun sözlərinə görə, ÜST Dağlıq Qarabağda və ətraf ərazilərdə Ermənistanla Azərbaycan arasında davam edən döyüş əməliyyatlarından dərindən narahatdır:


"Biz əvvəlki kimi Dağlıq Qarabağa gedə bilmirik, beynəlxalq təşkilatların hərəkəti isə təhlükəsizliklə əlaqədar məhdudlaşdırılıb. Bu, bizə Dağlıq Qarabağda COVID-19-la bağlı vəziyyəti qiymətləndirməyə çətinlik yaradır”.


Mətbuat katibi əlavə edib ki, münaqişənin pandemiya ilə bağlı vəziyyətə təsiri özünü yoluxanların sayının kəskin artmasında göstərir:


"COVID-19 diqqətin azalmasından, istənilən böhrandan dərhal istifadə edir. Dağlıq Qarabağda COVID-19-la bağlı vəziyyəti yaxşılaşdırmaq üçün ÜST mülki şəxslərə və tibb müəssisələrinə hücumlar etməməyə çağırır. Çalışmaq lazımdır ki, onsuz da yüklənmiş müəssisələr əlavə gərginlik yaşamasın. Xüsusilə də tibb işçilərinin pandemiya ilə mübarizə apara bilməsi üçün onları Dağlıq Qarabağda zorakılıqdan qorumaq vacibdir”.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar