Xəzər Xəbər

İnfeksionistdən çağırış - Hər birimiz potensial xəstə ola bilərik

Cəmiyyət | 17:37 • 24 Oktyabr 2020
İnfeksionistdən çağırış -

Hər kəsdə bir axrayınlıq hissi var. Hamı elə düşünür ki, koronavirusa yoluxmayacaq. Səbəbini bilmirəm, öz təcrübələrimə əsaslanaraq deyirəm ki, hətta xəstəliyi keçirən şəxslər arasında bir həftə yüksək temperaturu, infeksiyanın müəyyən əlamətləri olmasına baxmayaraq, həkimə vaxtında müraicət etməyən xəstələr olur. Maraqlıdır ki, həkimə müraciət etdikdən sonra da bizi inandırmağa çalışır ki, bu, koronavirus deyil.


Bu sözləri həkim-infeksionist Nəzrin Mustafayeva deyib.


Ekspert qeyd edib ki, hər birimiz potensial xəstə ola bilərik: "Xəstələr bəhanə gətirir ki, xəstəliyi hər il eyni əlamətlərlə keçirirlər və ya soyuq su içdiyi üçün xəstələniblər. Yoluxmaların sayının artması buradan da irəli gəlir. Mövsüm dəyişməsi, havaların soyuması, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi risk faktorlarıdır. İnsanlar maskalardan istifadə edir, bunu artıq vərdiş halına gətirmişik. Problem ondadır ki, maskalardan düzgün istifadə olunmur, maskanı ya sadəcə ağız hissəsində saxlayırlar, ya da çənəyə salırlar. Maska həm ağız, həm də burun nahiyəsini tam örtməlidir ki, qoruyuculuğu olsun. Ən azından bununla başqalarını qorumuş olarıq”.


Həkim qeyd edib ki, yeni növ koronavirus infeksiyasının əsas simptomları öskürək, hərarət, təngənəfəslik, iybilmə və dadbilmə duyğusunun itməsi olsa da, hər kəsdə bütün bu əlamətlər müşahidə olunmur: "İlk günlərdə adi halsızlıq, yüngül baş ağrısı belə koronavirusun xəbərçisi ola bilər. İnsanlar bunu ciddi qəbul etmədiyi üçün başqalarını da yoluxdurmuş olur. Yalnız ağırlaşma baş verdikdə həkimə müraciət olunur. Odur ki, belə hallar müşahidə olunarsa, dərhal özünüzü izolyasiya etməli, maska taxmalı və həkim müayinəsindən keçməlisiniz.


Arxayınlaşmayaq, dostlar. Kimdən yoluxdum, harda yoluxdum deyib vaxt itirməməliyik, ən əhəmiyyətsiz halsızlıq belə xəstəlik əlaməti ola bilər. Xəstəlik çox amansızdır, ilk günlər hərarət, öskürək verməyə bilər, amma biz arxayınlaşıb əzizlərimizi, yaşlılarımızı xəstələndirə bilərik. Hər birimiz potensial xəstə ola bilərik, bunu unutmayaq!”


Publika.az

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti