Xəzər Xəbər

Koronavirusda ilk 5 günün müalicəsi necə olmalıdır?

Cəmiyyət | 09:44 • 22 Oktyabr 2020
Koronavirusda ilk 5 günün müalicəsi necə olmalıdır?

Koronavirusun simptomları başlayandan sonrakı ilk 6 gün çox vacibdir. Bu zaman həkimin tövsiyyəsi ilə xəstə həm bir müddət gözləmə mövqeyi seçməli, həm də orqanizmə dəstək verməlidir ki, ağırlaşma olmasın.


Məhz 6 gün sonra orqanizm virusu tanımağa cəhd edib, antitellər hasil etməyə başlayır.


Sitpken fırtınası baş verməzsə, antitellər yaranıb, xəstəni təhlükəli mərhələdən çıxara bilir. Sitoken fırtınası virusun iri orqanları sıradan çıxarması ilə yaşanan immunitetin öz hüceyrələrinə hücumudur.


Bəs nə etməli?


Virusların buraxdığı toksinlərin qanda miqdarını azaltmaq üçün qan dövranında qatılaşma varsa aradan qaldırmalı və onu maye ilə artırmalıdır. Yəni 70 kq çəkidə olan xəstənin qan dövranında 3 litr qan dövr edirsə, arteriyalara daha 2-3 litr əlavə maye buraxmaq lazımdır. Bunun üçün ya xəstəni çox maye içməyə vadar etməli, ya da venadaxili 3 litr fizioloji məhlul yeritmək lazımdır. Burda xəstənin böyrəkləri də nəzərə alınmalıdır.


Bu arada su içə bilən xəstə suyu içməlidir, sistemlə ringer və natri xloru damara doldurmağın mənası yoxdur. Çünki bu infuziya məhlullarında olan maddələr də orqanizmi yükləyir.


İkincisi - qan dövranında elə kimyəvi maddələr var ki, onların molekulu toksinə yapışıb onun zəhərini azaldır. Bu da xəstəyə faydalıdır. Bu maddələr çoxdur,həkimlər bunu bilir. Siz bildiyinizi deyək - askorbin,yəni C vitamini. Çox güman ki, indi xəstələrin çoxu Cvitamin defisiti yaşayır. Virusla mübarizə üçün sistemə mütləq Cvitamini yüksək dozada əlavə edilməlidir.


Qızdırma 38 dərəcəni keçərsə, bir parasetamol içmək olar.


Eləcə də D vitamini qəbulunu davam edin.


Koronavirusa qarşı Arbidol virus əleyhinə preparatın effektivliyi tam sübut olunmasa da, Rusiyada bu dərman tətbiq edilir. Ona görə əlamətlər hiss olunan kimi, ilk 4 gündə bu dərmanı uyğun dozada, yəni birinci gün sutkada 3-4 dəfə olmaqla təyinata uyğun içə bilərsiz.


Qidalanmada kənd çolpasından bulyon, şorba, eləcə də əriştə, borş əla təsir edir.


Böyürtkən, moruq, itburnu, zoğallı çayları da artırın.


Həkimlər çox gözəl anlayır ki, orqanizm daxildən immunoqlobulini sintez etməyənə kimi, kənardan olunan müdaxilələr sağalma verməyəcək. /medicina.az


Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti