Xəzər Xəbər

Məktəbəhazıqlıq qrupunda distant təhsil olacaq? - CAVAB

Cəmiyyət | 18:42 • 1 Oktyabr 2020
Məktəbəhazıqlıq qrupunda distant təhsil olacaq? - CAVAB

Məktəbəhazıqlıq qrupunda distant təhsil nəzərdə tutulmur.


XəzərXəbər xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.


Bildirilib ki, məktəbəhazırlıq qruplarında məşğələlərin dərs cədvəli nümunələri Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilib.


Regiondan asılı olmayaraq, əgər qrupda uşaq sayı sosial məsafəni gözləməklə uşaqların sinif otağında yerləşdirilməsinə imkan verirsə, məşğələlər həftədə 3 dəfə keçiriləcək. Bu zaman uşaq hər gün 4 məşğələdə (hər biri 30 dəqiqə olmaqla) iştirak edəcək. "Fiziki mədəniyyət” məşğələsinə ayrılmış 2 məşğələ saatı (30 + 30 dəqiqə) 3 yerə bölünür və hər dəfə 20 dəqiqə olmaqla təmassız oyunlardan istifadə etməklə məşğələlərarası fasilələrdə keçirilir.


Qrupda uşaq sıxlığı yüksək olduğu halda, qrup iki yarımqrupa bölünür və hər yarımqrup həftədə 2 dəfə məşğələyə gəlir. Bu zaman "Fiziki mədəniyyət” məşğələsi üçün ayrılmış 2 məşğələdən biri "Ətraf aləmlə tanışlıq”, digəri isə "Bədii təfəkkürün inkişafı” məşğələsinə verilir.


Heç bir halda müəllimin izafi dərs yükü yaranmır.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
502 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti