Xəzər Xəbər

Pakistan vətəndaşı Prezidentə yazır: Başladığınız haqq işində bizim də ürəyimiz Azərbaycan xalqı ilə birlikdə döyünür

Cəmiyyət | 16:46 • 29 Sentyabr 2020
Pakistan vətəndaşı Prezidentə yazır: Başladığınız haqq işində bizim də ürəyimiz Azərbaycan xalqı ilə birlikdə döyünür

Başladığınız haqq işində Türkiyə xalqı ilə yanaşı, bizim də ürəyimiz Azərbaycan xalqı ilə birlikdə döyünür.


XəzərXəbər xəbər verir ki, bu fikir Pakistanın Multan şəhərinin sakini Məsud Əhmədin Prezident İlham Əliyevə məktubunda yer alıb.


Məktubda deyilir: "Möhtərəm cənab Prezident, mən ölkənizlə dost və qardaş münasibətində olan Pakistanın vətəndaşı olaraq ölkəmin Sizin və böyük xalqınızın yanında olduğunu, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanı tam qəlbimizlə dəstəklədiyimizi bildirməkdən şərəf duyuram. Dağlıq Qarabağı və onu əhatə edən 7 rayonu işğaldan azad etmək üçün başladığınız haqq işində Türkiyə xalqı ilə yanaşı, bizim də ürəyimiz Azərbaycan xalqı ilə birlikdə döyünür. Allahdan müqəddəs niyyətinizə çatmaq üçün xalqınıza kömək olmasını, ölkənizin daim çiçəklənmə və tərəqqi yolunda inkişaf etməsini arzulayıram. Allahın mərhəməti daim üzərinizdə olsun. Xeyirli dualarımız sizlərdən əksik deyil”.

Rubrikanın digər xəbərləri

Xəbər lenti