Xəzər Xəbər

Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı CƏDVƏL

Cəmiyyət | 14:52 • 29 Sentyabr 2020
Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində bu günə COVID-19-la bağlı məlumat yayıb.

Məlumata görə, sentyabrın 28-də 15şagirddə hərarət 37 dərəcədən yüksək olub.

Bu gün işçi heyətdə hərarəti 37 dərəcədən yüksək olan şəxslərin sayı bir olub.

10 şagirddə, bir işçi heyətdə isə koronavirus aşkarlanıb.

Qeyd edək ki, yeni tədris ili başlayandan bu günədək 203 şagird və 58nəfər işçi koronavirusa yoluxub.

Distant təhsilə keçən siniflərin sayı yeddidir.

Xəbər lenti