Xəzər Xəbər

Bu gündən ictimai nəqliyyatın hərəkətində dəyişiklik edilir RƏSMİ

Cəmiyyət | 13:21 • 28 Sentyabr 2020
Bu gündən ictimai nəqliyyatın hərəkətində dəyişiklik edilir

Azərbaycan ərazisində hərbi vəziyyət elan olunması ilə əlaqədar bu gündən şəhərlərarası ictimai nəqliyyat saat 06:00-dan 20:00-a qədər fəaliyyət göstərəcək. 


Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) məlumat yayıb. 


"Məqsəd odur ki, ictimai nəqliyyat vasitələrinin sürücüləri idarə etdiyi nəqliyyat vasitələrini qarajlara qoyduqdan sonra evlərinə çata bilsinlər”, - deyə açıqlamada qeyd olunub.

Xəbər lenti