Xəzər Xəbər

Bu il Bakıda məktəbəhazırlıq qruplarına 27 min uşaq cəlb olunacaq

Cəmiyyət | 12:55 • 25 Sentyabr 2020
Bu il Bakıda məktəbəhazırlıq qruplarına 27 min uşaq cəlb olunacaq

2020-2021-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 279 ümumi təhsil müəssisəsinin 1 047 məktəbəhazırlıq qrupuna 27 min 136 uşaq cəlb olunacaq.

Bu barədə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, məktəbəhazırlıq qruplarına şagird qəbulu https://mektebeqebul.edu.az/ elektron sistemi vasitəsilə həyata keçirilib. Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin əhatə dairəsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir. 2020-2021-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunurlar. Məktəbəhazırlıq qrupları dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi sentyabrın 24-də başa çatıb.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti