Xəzər Xəbər

Ən gənc tələbə: “Arzum müəllim olmaq idi”

Cəmiyyət | 12:33 • 25 Sentyabr 2020
Ən gənc tələbə: “Arzum müəllim olmaq idi”

Arzum Azərbaycan dili - Ədəbiyyat müəllimi olmaq idi, buna da nail oldum.


Bu sözləri Oxu.Az-a açıqlamasında bu il ali məktəbə qəbul olan ən gənc, 15 yaşlı tələbə Bəxtiyarova Aynur Əfsəl qızı deyib. A.Bəxtiyarova Yevlax rayon sakinidir.


Onun sözlərinə görə, bu il hazırlıq dövrü pandemiya ərəfəsinə təsadüf etsə də həvəsdən düşmədim:


"Beş yaşında Yevlax rayon 3 saylı orta məktəbə getdim. Bacımla eyni sinifdə oxumaq üçün təhsilə bir il tez başladım. Dərslərimə hər zaman diqqətlə yanaşdım. Müəllimlərimiz də bizim tələbə adı qazanmağımız üçün əllərindən gələni ediblər. Üçüncü ixtisas qrupu üzrə ali məktəbə imtahan verdim. İmtahanlardan 317 bal topladım. Xəzər Universitetinin Azərbaycan dili və Ədəbiyyat müəllimliyi fakültəsinə qəbul oldum. Arzum tələbə adı almaq idi, buna da nail oldum. Çox sevinirəm”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti