Xəzər Xəbər

DİM sədri: Builki buraxılış imtahanlarının nəticələri daha yüksəkdir

Cəmiyyət | 17:59 • 24 Sentyabr 2020
DİM sədri: Builki buraxılış imtahanlarının nəticələri daha yüksəkdir

Builki buraxılış imtahanlarının nəticələri keçən illə müqayisədə daha yüksəkdir.


Xezerxeber.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.


Bunun səbəblərini izah edən DİM sədri qeyd edib ki, bu il buraxılış imtahanlarında açıq sualların sayı 50 faiz azaldılıb: "Bəlkə də ona görə nəticələr daha yüksək olub. Ola bilsin ki, şagirdlər imtahana daha yaxşı hazırlaşmışdı, vaxt baxımından imkanları daha çox olub. Bu il imtahanlara giriş də çox ciddi təşkil olunmuşdu".

Xəbər lenti

Çox oxunanlar