Xəzər Xəbər

Türkiyədə COVID-19 peyvəndinin ilkin yoxlamalına başlanılıb

Cəmiyyət | 14:41 • 23 Sentyabr 2020
Türkiyədə COVID-19 peyvəndinin ilkin yoxlamalına başlanılıb

Türkiyədə Çin istehsalı olan COVID-19-a qarşı peyvəndinin sınaqlarına başlanılıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin Hacettepe Universitetinin professoru Murat Gökova məlumat verib. Bildirilib ki, ilkin mərhələdə peyvənd yüksək yoluxma riski altında olan 20 könüllü səhiyyə işçisinə tətbiq edilib. Ötən həftə peyvənd edilən şəxslərdə indiyədək heç bir mənfi təsir aşkarlanmayıb. Professor adı çəkilən universitetdə daha 1200 tibb işçisinə peyvəndin tətbiq olunacağını, bu həftədən etibarən başda İstanbul olmaqla ölkənin bir çox tibb müəssisələrində peyvəndləmə işlərinə başlanılacağını deyib.

Xəbər lenti