Xəzər Xəbər

Neftçalada qızın qeyri-etik fotolarını çəkərək yayan şəxs həbs edilib

Cəmiyyət | 14:07 • 21 Sentyabr 2020
Neftçalada qızın qeyri-etik fotolarını çəkərək yayan şəxs həbs edilib

Bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində süni ajiotaj yaratmaq məqsədilə ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən Neftçala rayonunda 18 yaşına çatmamış qızın qeyri-etik fotolarını çəkərək yayan şəxsin cinayət məsuliyyətinə cəlb edilməməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.


Baş Prokurorluğun mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, bununla bağlı Neftçala rayon sakini Aytən Əliyevanın (ad şərtidir) eyni məzmunlu müraciəti üzrə rayon prokurorluğunda araşdırma aparılıb.


Araşdırmalarla Əyyar Əzizovun həmin cinayət hadisələrini törətməsinə əsaslı şübhələr müəyyən olunub.


Faktla bağlı Neftçala Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.


Prokurorluq və polis əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində Əyyar Əzizov müəyyənləşdirilərək təqsirləndirilən şəxs qismində cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Xəbər lenti