Xəzər Xəbər

Yağış yağacaq, dolu düşəcək - BU GÜNÜN HAVASI

Cəmiyyət | 08:39 • 21 Sentyabr 2020
Yağış yağacaq, dolu düşəcək - BU GÜNÜN HAVASI

Azərbaycanda bu günə gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətinin XəzərXəbər-ə verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.


Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 22-25, Bakıda gecə 18-20, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz olacaq.


Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-20, gündüz 25-28, dağlarda gecə 8-13, gündüz 15-18 dərəcə isti olacaq.


Xəbər lenti