Xəzər Xəbər

Eynəklərin COVID-19-la nə kimi əlaqəsi var?

Cəmiyyət | 11:52 • 20 Sentyabr 2020
Eynəklərin COVID-19-la nə kimi əlaqəsi var?

Gündəlik eynək istifadəçiləri digər insanlara nisbətən koronavirusa 5 qat daha az ehtimalla yoluxa bilər.


Bu istiqamətdə Çinin Nançanq Universiteti araşdırma aparıb.


Nəticəyə əsasən, eynək taxmağın yeni tip koronavirusa yoluxma riskini azalda biləcəyi açıqlanıb. Mütəxəssislər COVID-19 xəstələri arasında nadir halda eynəkdən istifadə edənlərə rast gəlindiyini aşkarlayıb. Bununla da eynəklə yoluxma arasında əlaqə ola biləcəyi qənaətinə gəlinib.


"JAMA Ophthalmology” dərgisində yayımlanan araşdırma məqaləsində bildirilir ki, 27 yanvar-13 mart tarixləri arasında COVID-19 diaqnozu qoyulan 276 xəstədən 30-u eynəkli olub. Uzağı yaxşı görməyən 16 xəstə gündə 8 saat eynəkdən istifadə edənlər olub.


Araşdırmaçılar daha genişmiqyaslı bilgi əldə etmək üçün Hubey əyalətindəki 7-22 yaş arası tələbələrin yer aldığı daha əvvəlki araşdırmalara da müraciət edib.


Tədqiqatçılar eynəklərin insanların çirkli əllərlə tez-tez gözlərinə toxunmağın qarşısını aldığını, beləliklə, gözlər vasitəsilə infeksiyaya yoluxma riskinin azaldığını bildirir./Publika.az

Xəbər lenti