Xəzər Xəbər

Deputatdan toyların keçirilməsi iə bağlı BƏDBİN PROQNOZ

Cəmiyyət | 11:34 • 20 Sentyabr 2020
Deputatdan toyların keçirilməsi iə bağlı

Azərbaycanda toyların formatı dəyişməlidir. Artıq həmişəlik bu qaydalar qəbul olunmalıdır. Əvvəlki dövrlərdə olduğu kimi 300-400, hətta 1000 nəfərlik toy mərasimlərinin keçirilməsi düzgün deyil.


Bu barədə Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Musa Quliyev Teleqraf.com-a müsahibəsində deyib.


Deputat bildirib ki, eyni zamanda ölkədə toyların formatı da nisbətən sadə bir tərtibə keçməlidir:


"Sadə tərtibdə toyların keçirilməsi mümkün ola bilər. Amma şadlıq evlərində kütləvi və təntənəli toyların keçirilməsi mümkün deyil”.



M.Quliyev qardaş Türkiyəni misal çəkərək qeyd edib ki, oranın bəzi şəhərlərində toyların keçirilməsi ilə bağlı qərar verildi:


"Amma orada saat məhdudiyyəti ilə toyun baş tutması şərt kimi qoyuldu. Eyni zamanda bu tip toylarda yemək-içmək və müxtəlif təamların da verilməsi qadağan edilmişdi. Sonradan yoluxmada artım olduğuna görə onu da qadağan etdilər. Ona görə də bundan sonra ölkəmizdə toyların sırf ailə tərkibində keçirilməsi məqbul olar”.


Deputat vurğulayıb ki, toyların keçirilməməsinin demoqrafik vəziyyətə bir o qədər də təsiri olmayacaq:


"Çünki statistikaya əsasən, uşaqların 70 faizi evliliyin ilk ilində deyil, sonrakı illərində dünyaya gəlir. Digər tərəfdən toyların qadağan edilməsi o demək deyil ki, insanların ailə qurmasına da məhdudiyyət qoyulub. İnsanlar yenə də öz ailə həyatlarını qura, ailə şənliyi şəkilində də toy mərasimlərini keçirə bilərlər. Əslində bu addımları daha çox təbliğ etmək və stimullaşdırmaq lazımdır”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti