Xəzər Xəbər

Baş Prokurorluq "Masazır" gölünün çirklənməsi məsələsini nəzarətə götürdü

Cəmiyyət | 12:35 • 18 Sentyabr 2020
Baş Prokurorluq "Masazır" gölünün çirklənməsi məsələsini nəzarətə götürdü

Baş Prokurorluq "Masazır " gölünün çirkləndirilməsi ilə bağlı yayılan məlumatları nəzarətə götürüb. 


Baş Prokurorluqdan xezerxeber.az-a verilən məlumatda bildirilir ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür.


Qeyd olunub ki, bəzi kütləvi informasiya vasitələrində Abşeron rayonu ərazisində yerləşən "Masazır” gölünün çirkab suları və müxtəlif tullantılarla çirklənməsinə dair məlumatlar yayılıb.

Həmin məlumatlar Baş Prokurorluğun rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülməklə araşdırmanın aparılması Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə həvalə edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri araşdırmaya cəld edilməklə həmin əraziyə Baş prokurorluğun qeyd edilən idarəsinin və Abşeron rayon prokurorluğunun əməkdaşları tərəfindən baxış keçirilib.

Qeyd edilən gölün hazırki ekoloji vəziyyətinin səbəb və şəraitinin, həmçinin əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
376 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti