Xəzər Xəbər

ÜST: 5 yaşından aşağı uşaqların maska taxmasına ehtiyac yoxdur

Cəmiyyət | 11:28 • 26 Avqust 2020
ÜST:

"Ümumdünya Səhiyyə Təşkilatı, UNICEF və Beynəlxalq Pediatrik Assosiasiyası ilə bir araya gələrək uşaqların tibbi maskadan istifadəsi ilə bağlı statistikaya nəzər yetiriblər”.


XəzərXəbər-in xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə sözçüsü Marqaret Harris "Real TV"yə müsahibəsində deyib.


Onun sözlərinə görə, ÜST 5 yaşından aşağı uşaqların tibbi maska taxmasına ehtiyac görmür:


"Lakin müəyyən şəraitdə onların da maska taxmasl vacib ola bilər. 5 yaşından yuxarı uşaqların isə tibbi maskadan harada, necə istifadə etməsi ilə bağlı isə tövsiyə və təlimatlarımız var”.

Xəbər lenti