Xəzər Xəbər

Nərimanov rayonunun yol problemi həll edilir

Cəmiyyət | 12:29 • 25 Avqust 2020
Nərimanov rayonunun yol problemi həll edilir

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində Nərimanov rayonu ərazisində genişmiqyaslı işlər aparılır. 2020-ci ilin investisiya proqramına uyğun olaraq, "Azərbaycan Avtomobil Yolları" Dövlər Agentliyi (AAYDA) tərəfindən rayon ərazisində təmirə ehtiyacı olan 9 150 metr uzunluğa malik küçə və yollarda genişmiqyaslı təmir-tikinti işləri davam etdirilir.


 Bu barədə XəzərXəbər AAYDA-ya istinadən xəbər verir. 


Proqrama uyğun olaraq ayrılmış vəsait hesabına, Nərimanov rayonunun ümumi uzunluğu 3,4 km olan Əliyar Əliyev, Asif Məmmədov və Aşıq Qərib küçələrinin, həmçinin "Daş karxanası”nın 1,2 km-lik yollarının, ümumi uzunluğu 3,6 km olan Böyükşorun "DYUA” və "40-cı rezervuar” yaşayış massivlərinin, o cümlədən "205-ci məhəllə”sinin yollarının, bundan başqa Elçin İsaqzadə adına y/massivinin 0,5 km-lik yolunun, "Qarametal emalı” y/məhəlləsində isə ümumi uzunluğu 0,56 km olan Süphan Ələsgərov və Rəhim Şıxəliyev küçələrinin təmiri nəzərdə tutulurdu ki, bu istiqamətdə artıq küçə və yolların böyük əksəriyyəti tam şəkildə təmir olunub.


Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə bərpa olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılıb.


Artıq sözügedən işlər çərçivəsində Nərimanov rayonu üzrə Asif Məmmədov və Aşıq Qərib küçələrinin, həmçinin "Daş karxanası”nın 1 200 metrlik yollarının, ümumi uzunluğu 3 600 metr olan Böyükşorun "DYUA” və "40-cı rezervuar” y/massivlərinin, o cümlədən "205-ci məhəllə”sinin yollarının, bundan başqa Elçin İsaqzadə adına y/massivinin 500 metrlik yolunun, "Qarametal emalı” y/məhəlləsində isə ümumi uzunluğu 560 metr olan Süphan Ələsgərov və Rəhim Şıxəliyev küçələrinin küçələrinin təmiri aparılaraq yekunlaşdırılıb.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti