Xəzər Xəbər

Piyada gəzməyin faydaları nədir?

Cəmiyyət | 12:26 • 25 Avqust 2020
Piyada gəzməyin faydaları nədir?

Az hərəkətli həyat tərzi oynaqlar, sümüklər və əzələləri zəiflədir.


"Infox” xəbər verir ki, bu qənaətə britaniyalı alimlər gəlib.


Araşdırmaçılar müəyyənləşdiriblər ki, insanlar ortalama günün 50-70 %-ni oturaq keçirirlər. Belə ki, bu yalnızca bel üçün zərərli deyil, həm də diabet və ürək xəstəlikləri riskini artırır.


Ömür uzunluğu ilə oturmaq arasında əlaqəni üzə çıxarmaq istəyən amerikalı alimlərin fikrincə, kişilərdə əyləşmə ömür uzunluğunu azı 20 % azaldır.


Məlumata görə, inkişaf etmiş sənaye ölkələrində insanlar ortalama gündəlik 1 000 addım atırlar. Bu, təqribən 650 metr deməkdir.


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaxşı formada qalmaq istəyənlər üçün gündəlik 10 000 addım atmağı tövsiyə edir. Bu, 7 kilometrlik məsafəyə bərabərdir. Mütəxəssislər sürətlə yeriməyi və az ara verməyi məsləhət görürlər.


Piyada gəzmək ürək və qan dövranı sistemini stimullaşdırır. Hətta bundan insan psixikası da qazanc əldə edir. Belə ki, fiziki məşğələ zamanı stres də azalır./Report

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti