Xəzər Xəbər

Qulaq kiri necə yaranır və necə təmizlənir?

Cəmiyyət | 09:52 • 25 Avqust 2020
Qulaq kiri necə yaranır və necə təmizlənir?

Eşitmə getdikcə zəifləyirsə, qulaqlarda uğultu, doluluq hissi yaranırsa, yanaşı olaraq baş gicəllənməsi, hətta baş ağrıları da olursa, bunun səbəbi qulaq kiri tıxacı ola bilər.


Xarici KİV xəbər verir ki, tıxacın təmizlənməsi eşitmənin bərpası ilə bərabər digər əlamətlərin də aradan qalxmasına səbəb olur.


Qulaq kiri qulaq keçəcəyinin dərisindəki vəzlər tərəfindən ifraz olunan maddədir. Onun tərkibi bir qayda olaraq kükürd, toz hissəcikləri, ölmüş epitel hüceyrələri və dəri yağından təşkil olunur.


Qulaq kiri eşitmə orqanının normal fəaliyyəti üçün olduqca vacibdir, qulağın daxilinə bakteriya, virus, göbələk kimi mikroorqanizmlərin daxil olmasına əngəl olur, həmçinin ölmüş epitel hüceyrələrini xaric edir.


Normal halda qulaq kirinin artığı toplanmış toz və çirk hissəciklərilə birlikdə çeynəmə və udma hərəkətləri hesabına təbii şəkildə qulaqdan xaric olur. Patoloji hallarda qulaq kiri bərkiyir və xarici qulaq keçəcəyində tıxac yaradır.


Tıxacın yaranma səbəbləri:


- Vəzlərin fəaliyyəti və kir ifrazının artması;


- Qulaq keçəcəyinin anatomik olaraq dar olması və ya qıvrımlığı;


- Qulaq keçəcəyi dərisinin qulaq çöpləri, eşitmə aparatı və ya qulaqcıqla zədələnməsi;


- Otit və sinusit kimi keçirilmiş xəstəliklər;


- Mütəmadi olaraq tozlu şəraitdə fəaliyyət;


- Qulaq təmizləyərkən kirin təbil pərdəsinə doğru itələnməsi


Qulaq tıxacının təmizlənməsi üçün LOR həkimə müraciət edilməlidir. Təbil pərdənin tamlığı pozulmayanda, xəstə qulağında tıxacın varlığına əmin olanda, otit və ya başqa iltihabi xəstəlik keçirməyəndə və şəkərli diabeti olmayanda onu ev şəraitində də təmizləmək mümkündür.


Qulaq kirini təmizləmək üsulları


- Əvvəlcə qulaqdakı tıxacı yumşaltmaq lazımdır. Axşam yatmazdan qabaq qulaq keçəcəyinə dolana qədər ilıq qliserin və ya bitki yağı tökülür və pambıqla bağlanır. Səhərədək tıxac tam yumşalır, pambıq çıxarılır və qulaq keçəcəyinə 20 ml-lik şprislə hidrogen-peroksid (perekis) vurulur. İynə şprisə taxılmamalıdır. Məhlulla birlikdə tıxacın hissəcikləri də xaric olunur. Tıxac tam xaric olmadıqda iki gündən sonra prosedur təkrarlana bilər. Əks halda həkimə üz tutmaq olar.


- Qulaq kirini yumşaltmaq üçün ilıq sarımsaq yağı istifadə oluna bilər. Onu hazırlamaq üçün 1 xörək qaşığı Fitooil Küncüt yağına xırda doğranmış və ya həvəngdəstədə əzilmiş yarım diş sarımsaq əlavə olunur, vam ocaqda sarımsaq hissəcikləri qızarana qədər qızdırılır. Yağ süzüldükdən sonra gündə üç dəfə 3-4 damcı qulağa damızdırılır.


Diqqət! Qulaq tıxacını qətiyyən saç sancağı, kibrit çöpü və ya başqa əşyalarla çıxarmaq olmaz! Onlar təbil pərdəsini və qulaq keçəcəyinin dərisini zədələyə bilər.


Maraqlı bilgilər


Göy balinalarda qulaq kiri həyat hadisələrini "qeydə alır”. Həmin proses bir qədər ağac gövdəsindəki illik halqalara bənzəyir. Balinaların qulaq kiri qidalanma, ətraf mühitin çirklənmə dərəcəsi və hormonal dəyişikliklər barədə məlumat verir./Publika.az

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti