Xəzər Xəbər

“Məşğul şəxslərin reyestri” gələn ilin əvvəlində istifadəyə veriləcək

Cəmiyyət | 15:59 • 24 Avqust 2020
“Məşğul şəxslərin reyestri” gələn ilin əvvəlində istifadəyə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən "Məşğul şəxslərin reyestri”nin hazırlanması işlərinin bu ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.


Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, reyestr dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə formalaşdırılır. Burada vətəndaşların iş yerləri, torpaq pay mülkiyyətçiləri, ailə kəndli təsərrüfatının üzvləri, sahibkarlar, haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər və s. barədə məlumatlar toplanacaq. Vətəndaşların xərclərinin strukturu barədə də informasiyalar da reyestrdə əksini tapacaq.


Reyestrin yaradılmasında məqsəd əmək bazarı ilə bağlı informasiya bazasını inkişaf etdirmək, qeyri-formal məşğulluğa nəzarət tədbirlərini gücləndirmək və daha effektiv fəaliyyəti təşkil etməkdir.


"Əmək münasibətləri və məşğulluq” altsisteminin tərkib hissəsi kimi hazırlanan reyestr gələn ilin əvvəlindən artıq istifadəyə veriləcək.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti