Xəzər Xəbər

BNA həftə ərzində daşınan sərnişinlərin statistikasını açıqladı

Cəmiyyət | 15:46 • 14 Avqust 2020
BNA həftə ərzində daşınan sərnişinlərin statistikasını açıqladı

"Bu həftə ərzində Bakı şəhərində müntəzəm və ekspres xətlər üzrə avtobuslarla 8 milyondan artıq sərnişin səfər sayı qeydə alınıb. Bu, 3-7 avqust tarixlərində qeydə alınan göstəricidən təxminən 14,3% çoxdur”.


Bu barədə XəzərXəbər-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.


Məlumata görə, bu həftə sərnişindaşımada bir sıra məqamlarla yadda qalıb. Həftənin ilk iş günü 3 əlavə ekspres xətt istifadəyə verildi. M8 xəttinin istifadəyə verilməsi ilə Maştağa qəsəbəsinin metronun "Gənclik” stansiyası ilə əlaqələndirilməsi təmin olundu. Pandemiya dövründə gündəlik sərnişin səfər sayında maksimal rəqəm də bu həftə qeydə alındı. 10 avqust tarixində ümumi avtobuslarla 1 684 332 sərnişin daşınıb. Bu həftə xəttə çıxan avtobusların sayı da maksimuma çatdı. İlk dəfə xəttə 2 130 avtobus çıxarıldı.


Qeyd edək ki, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 15 avqust gecə 00:00-dan 17 avqust səhər saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti