Xəzər Xəbər

Bakı Metropoliteni işçi axtarır

Cəmiyyət | 13:34 • 13 Avqust 2020
Bakı Metropoliteni işçi axtarır

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti "sərnişin platforması üzrə növbətçi” (HSPN) vəzifəsinə işçi qəbulu elan edir.


QSC-dən  XəzərXəbər-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyənlərə əsas tələblər aşağıdakılardır:


- təhsil: ali və ya texniki peşə


- yaş həddi: 30 yaşına qədər


- hərbi bilet (yararlılıq kateqoriyası ilə kişi namizədlər üçün)


- boy: qadın namizədlər üçün 165 sm və daha uca, kişi namizədlər üçün 170 sm və daha uca.


Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Seçilmiş namizədlər tibbi yoxlamadan keçməklə 1 (bir) ay müddətinə xüsusi hazırlıq kursuna buraxılaca1qlar.


Kursu müvəffəqiyyətlə başa vuran iddiaçılar test imtahanına cəlb olunacaqlar.


Yüksək bal toplayanlar praktiki təlimlərdə iştirak edərək, "sərnişin platforması üzrə növbətçi” (HSPN) vəzifəsinə qəbul ediləcəklər.


İddiaçılar "Bakı Metropoliteni” QSC-nin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, "Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.


Elektron müraciət doldurularkən, iddia etdiyiniz vəzifə kimi "platforma növbətçisi” yazılmalıdır.


Elektron ərizələr 31 avqust 2020-ci il tarixinə qədər qəbul edilir.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
418 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti