Xəzər Xəbər

6 avqustda gözlənilən hava şəraiti AÇIQLANDI

Cəmiyyət | 09:51 • 6 Avqust 2020
6 avqustda gözlənilən hava şəraiti AÇIQLANDI

Milli Hidrometeorologiya Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.


Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-24,  gündüz  27-31, Bakıda  gecə 22-24, gündüz  28-30 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək,


Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.


Xəbər lenti