Xəzər Xəbər

İlanların təhlükəsindən qorunmaq üçün TƏKLİF: Serpentoloqlardan ibarət qurum yaradılsın

Cəmiyyət | 14:23 • 3 Avqust 2020
İlanların təhlükəsindən qorunmaq üçün TƏKLİF:

İlanların fəal olduqları vaxtlarda əhalidə onlarla qarşılaşa bilmə problemləri yaranır, belə hallarda xüsusi mütəxəssis köməyinə ehtiyac olur. Ona görə də əhaliyə peşəkar (serpentoloji) xidmət göstərmək üçün mütəxəssislərdən, peşəkar serpentoloqlardan ibarət qurum yaradılmalıdır.


Bunu Trend-ə AMEA Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov deyib.


Onun sözlərinə görə, bu xidmət adətən, ərazinin ilan təhlükəsi baxımından qiymətləndirilməsi, rast gəlinən ilan növlərinin təyini, onların tutularaq ərazidən çıxarılması və əhali üçün təhlükəli olmayan təbii biotopların buraxılması, ərazidə potensial ilan təhlükəsi olan yerləri müəyyən edib ilanqovucu preparatlarla işləmək, ərazidə olan insanları sürünənlərə qarşı profilaktik tədbirlər barədə təlimatlandırmaq kimi tədbirləri həyata keçirir.


T.İsgəndərov qeyd edib ki, bu tədbirləri yalnız ilanlar haqqında serpentoloji bilikləri, xüsusi hazırlığı və bu canlılarla iş üzrə təcrübəsi olan mütəxəssislər həyata keçirə bilər. Əks halda göstərilən xidmət qeyri-peşəkar, effektsiz və formal olmaqla yanaşı, həm icraçılar, həm də sifarişçilər üçün təhlükəlidir. Çünki sifarişçi əsassız olaraq arxayınlaşdırılır, ilanları fərqləndirə bilməyən icraçı isə ilanla təmasda səhvə yol verə bilər:


"Təəssüf ki, əhalinin ilanlara qarşı təhlükəsizlik xidmətinə ehtiyacının olmasından sui-istifadə edən bəzi fiziki və hüquqi şəxslər bu xidmətin spesifik xüsusiyyətlərini nəzərə almadan internet vasitəsilə elan verərək əhaliyə bu sahədə xidmət təklif edirlər. Yenə də təəssüf ki, bəzi xüsusi sanitar-epidemioloji (pest-kontrol) xidmət üçün lisenziya alan hüquqi şəxslər xidmət obyektləri siyahısına qırıcı (məhvedici) üsulla mübarizə apardıqları xəstəlik törədiciləri ilə (siçan-siçovul) yanaşı ilanları da əlavə edirlər. Bununla da ilanlara qarşı mahiyyətini bilmədikləri "mübarizə” apararaq əhalini ilanlardan qorumaq görüntüsü yaradırlar. Bu, yolverilməzdir və buna görə də əlaqədar dövlət orqanları bu xidməti təşkil etməli və tənzimləməlidirlər”.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti