Xəzər Xəbər

Faktiki hava açıqlandı

Cəmiyyət | 11:08 • 3 Avqust 2020
Faktiki hava açıqlandı

Avqustun 3-ü  səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib,  şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub,  şimal-qərb küləyi güclənib. 


Milli Hidrometeorologiya Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, düşən yağıntının miqdarı Zaqatalada 36 mm, Şəki, Sarıbaşda (Qax) 33 mm, Kişçayda (Şəki) 32 mm, Tərtər, Qəbələdə 24 mm, Oğuzda 23 mm, İsmayıllıda 20 mm, Mingəçevirdə 19 mm, Şahdağda 18 mm, Ağdamda 14 mm, Balakəndə 10 mm,  Göyçay, Qusarda 12 mm, Daşkəsən, Gədəbəy, Lerikdə 7 mm, Qrız, Tovuzda 6 mm, Quba, Naftalanda 5 mm, Şahbuz, Mərəzə, Bərdə, Astarada 4 mm, Ağdərə, Göygöl, Gəncə, Xaltan, Zərdabda 3 mm, Ağstafa, Altıağac, Şamaxı, Ceyrançöl, Lənkəran, Kürdəmir, Beyləqanda 2 mm, Sumqayıt, Bakı, Naxçıvan, Sədərək, Şəmkir, Sabirabad, Yardımlı, Şabranda 1 mm olub. 


Yağan leysan xarakterli yağış nəticəsində avqustun 3-ü saat 00:15 radələrində Kürmükçay İlisu, 02:30 radələrində isə Girdimançay Qaranohur  məntəqələrindən sel keçib.


Şimal-qərb küləyi arabir Şərurda 20 m/s, Bakıda və Abşeron yarımadasında Qum adasında 18 m/s , Pirallahıda 16 m/s, Neft Daşlarında 15 m/s-dək güclənib.  Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6  metrə  çatıb.


Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 28-31, aran rayonlarında 32-37, dağlıq rayonlarda 20-22, Naxçıvan MR-da 34-39 dərəcə isti olub.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024

Xəbər lenti