Xəzər Xəbər

Həkimdən arıqlamaq istəyənlərə CİDDİ XƏBƏRDARLIQ

Cəmiyyət | 10:21 • 3 Avqust 2020
Həkimdən arıqlamaq istəyənlərə

Rusiyalı dietoloq Yelena Astaxova sürətlə arıqlamağın zərərlərindən söz açıb.


Ekspert bu zaman insan qanında kəskin toksin ifrazının meydana gəldiyini və bədənin öz yağları ilə zəhərlənməyə başlaya biləcəyini söyləyib.


O, "360” kanalına verdiyi müsahibədə buna yol verməməyi və qida rasionunu balanslaşdırmaq lazım olduğunu qeyd edib.


"Şəkər və su saxlayan qidaları çıxardıqda sürətlə arıqlamaq və effektiv nəticə əldə etmək mümükndür. Bu, daha çox şişkinliyin aradan qaldırılması, artıq suyun çıxarılması hesabına baş verir. Eskterimal qidalanma növləri uyğun deyil, çox incə balanslı rasiona keçməlisiniz. Bu vacib və psixoloji bir məsələdir, beləliklə qida məhdudiyyətlərinə gərək qalmır. Tədricən porsiyaları azaldırıq və sinir sistemini dəstəkləyirik. Çəkini azaldan və artıran məhsullar düzgün seçildikdə, yağların utilizasiyası çox yaxşı baş verir” , - dietoloq qeyd edib.


Y.Astaxova sözlərinə onu da əlavə edib ki, pəhriz edərkən rasionda zülalların, karbohidratların və yağların miqdarını düzgün paylamaq lazımdır.


"Arıqlamaq istəyən insanların etməli olduğu başlıca qayda qida mədəniyyətini dəyişdirməsidir. Bunlar insanın illərlə yaşaya biləcəyi yeni vərdişlərdir. Ayda 20 kq itirmək dəhşətlidir! Həqiqətən də bundan ölə bilərsiniz. Bir ayda maksimum 10-15 kq arıqlamaq olar” , - həkim yekunda bildirib./Publika.az 

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
519 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti