Xəzər Xəbər

DYP: 548 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

Cəmiyyət | 11:20 • 30 İyul 2020
DYP: 548 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyulun 29-da xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə məlumatı açıqlayıb.


İdarədən xezerxeber.az-a bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyulun 29-da saat 00:00-dan iyulun 30-u saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 505 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 43 nəfər olmaqla ümumilikdə 548 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.


Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci kilometrliyində yerləşən karantin keçid postundan 40-ı rayon, 65-i paytaxt istiqamətinə olmaqla 105, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci kilometrliyində yerləşən postdan 50-i rayon, 55-i paytaxt istiqamətinə olmaqla 105, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrliyində yerləşən keçid postundan 80-i rayon, 100-ü paytaxt istiqamətinə olmaqla 180 avtomobil geri qaytarılıb. Ümumilikdə 390 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Xəbər lenti