Xəzər Xəbər

Koronavirusdan ölən insanlardan virus keçə bilərmi?

Cəmiyyət | 17:56 • 29 İyul 2020
Koronavirusdan ölən insanlardan virus keçə bilərmi?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusdan ölən şəxslərin dəfnlərinin adi qaydada keçirilə bilməsinin mümkün olduğunu hələ bir müddət əvvəl açıqlayıb. ÜST mütəxəssisləri bəyan ediblər ki, bu virusdan dünyasını dəyişənlər öz dinlərinin tələblərinə uyğun olaraq dəfn edilə bilərlər.


Lakin son zamanlar bəzi insanlar tərəfindən COVİD-19 virusundan ölən şəxslərdən sağlam insanlara virusun ötürülə bilməsi ilə bağlı müəyyən narahatlıqlar da ifadə olunur.


XəzərXəbər xəbər verir ki, bu məsələyə münasibət bildirən tibb elmləri doktoru, professor Adil Allahverdiyev Trend-ə deyib ki, COVİD-19 daxil olmaqla, bütün viruslar hüceyrə daxili molekulyar parazitlərdir. Onların yaşamaq, çoxalmaq üçün mütləq qaydada canlı hüceyrəyə ehtiyacları var:


"Bu hüceyrələr nə qədər yaşayırlarsa, viruslar da o qədər yaşaya bilir. Əgər hüceyrənin metabolizmi pozularsa, yaşama şəraiti dəyişərsə, o zaman virusların da ömrü hüceyrə ilə bərabər sona çatmış olur, yəni bu halda onlar çoxala bilmirlər. Bir insan öldükdə isə onun vücudundakı hüceyrələrdə də viruslar olur və onlar müəyyən zaman ərzində orada yaşayırlar. Amma ölən şəxsdə qan dövranı işləmədiyi, tənəffüs sistemi çalışmadığı üçün artıq hüceyrələrin yaşama şəraitləri, metobalizmləri yavaş-yavaş pozulur.



Bunlar nəticə etibarilə də virusların ölümünə yol açmış olur. Ona görə də bir insan öldükdən sonra onların virusu yayma ehtimalı, demək olar ki, yox olur. Virusdan ölənlərin dəfni də digər şəxslər üçün olduğu kimi aparıla bilir. Gələcəkdə torpaq vasitəsilə virusa yoluxma ehtimalı, demək olar ki, yoxdur. Ancaq ölən şəxsin yuyulması, kəfənlənməsi, dəfni zamanı şəxsin əli meyitdən ifraz olunan mayeyə toxunarsa, o zaman bu, həmin şəxsin virusa yoluxmasına səbəb ola bilər. Bu səbəbdən bu işləri görən şəxslərin əllərində mütləq qaydada əlcək, üzlərində maska olmalıdır. Ümumilikdə isə bunu demək olar ki, COVİD-19 virusu insanlara ölülərdən deyil, bu virusa yoluxan xəstə insanlar tərəfindən yayılır. Ona görə də diqqət etmək lazımdır ki, dəfn mərasimləri az sayda insanların iştirakı və ara məsafəsi saxlanılmaqla təşkil edilsin".

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti